Münhen "Bavariya"sı yarımmüdafiəçi Kuadio Konenin transferi ilə bağlı “Borussiya” (Mönhenqladbax) klubunun rəhbərliyi ilə əlaqə saxlayıb.

Offsideplus.az xəbər verir ki, hazırda münhenlilər rəsmi təkliflə çıxış etməyiblər, yalnız mümkün transfer imkanlarını müzakirə ediblər.

“Bayern” rəhbərliyi ümid edir ki, yarımmüdafiəçinin alınması üçün çox xərc çəkilməyəcək. Bundesliqanın cari mövsümündə Kone zədə səbəbindən cəmi iki oyun keçirib.