Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan kənarlaşdırılması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, aşağı yaş qruplarından ibarət komandasında çıxış etdiyi (2013-2017-ci illər) "Ayntraxt"ın əsas komandasına cəlb olunan Dadaşov 2018-ci ilin yanvarında intizamsızlığa görə klubdan uzaqlaşdırılıb.
23 yaşlı hücumçu "transfermarkt.ch" saytına müsahibəsində baş verən hadisələr barədə açıqlama verib:
"Hər gün nə qədər böyük fürsəti qaçırdığımı anladım. Səslər başımda təkrarlanırdı: "İşi batırdım, işi batırdım". Ən vacibi isə mənə həmişə inanan insanları məyus etmişdim. Səhvlər etdim və bunlar kifayət qədər çox idi. Amma açıq-aşkar düşmənçilik gördüm. Bir yerdə sosial şəbəkə hesablarımı bağlamaq qərarına gəldim. Azarkeşlərin tənqidini başa düşürəm. Amma bunun üçün səbəblər olmalıdır. Hər peşəkar futbolçu ilk növbədə insandır və təhqir ona zərbə vurur. Mənim üçün qovulmaq həyəcan siqnalı idi. Daha yaxşı idmançı və insan olmaq üçün oyanış oldu. Bu, həm də yeni başlanğıcın müjdəsi idi. Vaxta ehtiyacım olduğunu anladım. Hər şeyi dəyişməli olduğumu başa düşdüm, əks halda karyeram çox uzun çəkməyəcəkdi".
Qeyd edək ki, Dadaşov hazırda İsveçrənin "Qrasshopper" klubunun şərəfini qoruyur.