Almaniya yığmasının və Münhen “Bavariya"sının sabiq müdafiəçisi Holger Badştuber karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, o, 33 yaşında karyerasını bitirdiyini açıqlayıb.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Badştuber 2017-ci ilə qədər bu klubda oynayıb. “Şalke”, “Ştutqart” və “Lutsern” də çıxış edən müdafiəçi, Almaniya yığmasının heyətində 31 oyuna çıxıb və 1 qol vurub.