Almaniya Bundesliqasının III turunda "Borussiya" "Hoffenhaym"la qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Dortmund təmsilçisi rəqib üzərində 3:2 hesablı qələbə qazanıb. "Arılar"ın qalibiyyət qolunu 91-ci dəqiqədə Erlinq Haaland vurub.

Oyunun icmalını təqdim edirik:

"Borussiya" - "Hoffenhaym"  3:2 (Reyna, 49. Bellinqem, 69. Haaland, 90+1. - Baumqartner, 61. Dabbur, 90.)