"Borussiya"(Dortmund) klubunun gənc hücumçusu Erlinq Haalandın Münhen "Bavariya"sına keçidi baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb maliyyə məsələləri olub. 21 yaşlı norveçli forvard üçün qoyulan tələblər qarşı tərəfi razı salmayıb.
Belə ki, "Bavariya" bu keçidin baş tutması üçün 400 milyon avroya yaxın pul ödəməlidir. Bura futbolçunun transferi, "Borussiya" ilə mövcud müqavilənin pozulması üçün, həmçinin Haalandın meneceri Mina Rayolaya ödənməsi gərəkən məbləğlər daxildir.
Qeyd edək ki, 2020-ci ildə "Borussiya"ya transfer edilən "vikinq"in transfer dəyəri hazırda 130 milyon avrodur.