Almaniyanın “Maynts” klubunun hücumçusu Tayvo Avoniyi ciddi zədələnib.

Offsideplus.az xəbər verir ki, Bundesliqanın 31-ci turunda keçirilən “Auqsburq”la matçın 23-cü dəqiqəsində rəqib futbolçu ilə toqquşma sonrası
huşunu itirən futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yolda ayılan futbolçunun sağlıq durumunun yaxşı olduğu və yaxın günlərdə məşqə başlaması gözlənilir. 

Qeyd edək ki, sözügedən oyunda “Maynts” “Auqsburq”a minimal hesabla məğlub olub.