"Bavariya”nın və Polşa yığmasının futbolçusu Robert Levandovski Almaniya Kubokunun yarımfinal matçında Frankfurt "Ayntraxt"ının qapısına qol vuraraq şəxsi rekordunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, bu, polşalı hücumçunun cari mövsümdə keçirdiyi 39 oyunda vurduğu 45-ci qol olub.
Xatırladaq ki, Levandovski əvvəlki şəxsi rekorduna 2016/17 mövsümündə nail olub. O, 47 oyunda 43 dəfə rəqib komandaların qapılarına dəqiq zərbələr endirib.