Münhen "Bavariya"sının futbolçusu Xavi Martinez komanda yoldaşı Robert Levandovski haqda maraqlı ifadələr işlədib.
Offsideplus.az xəbər verir ki, "Bavariya"nın bir sıra oyunçuları haqda fikirlərini bölüşən 31 yaşlı ispaniyalı oyunçu polşalı hücumçunun hazırda ən yaxşı mövsümünü keçirdiyini bildirib. Martinez Levandovskini heyvana da bənzədib:
"Levandovski hazırda karyerasının ən yaxşı mövsümünü keçirir. O bir heyvandır, və dünyanın ən yaxşı 9 nömrəsidir"
Yozua Kimmix haqda da danışan ispan müdafiəçi onun gələcəkdə əfsanəvi oyunçu olacağını bildirib:
"Kimmix lider oyunçudur. Onun potensialına heyranam. İndi deyil, ancaq gələcəkdə əfsanəvi futbolçu olacaq"