Dortmund "Borussiya"sının yeni transferİ Erlinq Haland dünən Bundesliqanın növbəti turu çərçivəsində "Yunion Berlin"ə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Sky Sport"a maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı İngiltərə doğumlu norveçli hücumçu həmin oyunda dubl edib. Jurnalistlərin ona möhtəşəm çıxışı ilə bağlı verdiyi suala isə Haland belə cavab verib:
"İlk "11-lik"də yer almaq mənim üçün çox gözəl bir duyğudur. Ancaq hələ də özümü tam hazır hiss etmirəm. Gün keçdikcə daha da inkşaf edirəm" - deyə gənc futbolçu bildirib.
Qeyd edək ki, Haland bu ilin Yanvar ayının əvvəllərində "Zalsburq" klubundan "Borussiya"ya transfer edilib. O, Bundesliqada çıxdığı cəmi 3 oyunda 7 dəfə fərqlənərək, Almaniya çempionatında yeni rekord müəyyənləşdirib.
Daşqın Əziz