“Sabah” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü və “Qarabağ”ın qolkiperi ilə 3 illik müqavilə bağlanıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ”la yanaşı “Sumqayıt”da da çıxış edib.