İndiana Pacers dekabrın 9-dan bəri qələbə qazana bilmir.

Offsideplus.az xəbər verir ki, onlar ardıcıl 13 oyundur məğlub olur.

İndiana Pacers qələbə qazanmağı bacarsa, bu, komandanın baş məşqçisi Rik Karlaylın NBA-in müntəzəm mövsümündə 1000-ci qalibiyyəti olacaq.

R. Karlayl 2001-ci ildən NBA-də baş məşqçi kimi çalışır. O, 2011-də Dallas Mawericks ilə NBA çempionu olub.

Qeyd edək ki, İndiana Pacers ötən mövsüm NBA finalı oynayıb. Cari mövsüm komandanın əsas oyunçusu Tayriz Halibörton zədəli olduğu üçün sonuncu yerdədilər.