NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Şəki BK üzərində 93:79 hesablı qələbədən sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis komandanın çempionata zəif başladığını qeyd etsə də, artıq tam heyətlə meydana çıxmağın müsbət təsir göstərdiyini bildirib:

“Komandanı qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün çox vacib qələbə idi. Çempionata çox zəif başlamışdıq, amma mövsüm ərzində ilk dəfə tam heyətlə oyuna çıxırdıq. Artıq nə istədiyimizi daha yaxşı anlayırıq. Bu gün Tay Kokfild bizə çox kömək etdi — bu onun ilk oyunu idi. Bütün komanda əla çıxış etdi. Ümid edirəm ki, uğurlu seriyamızı davam etdirəcəyik. Oyunumuz üzərində hələ çox işləməliyik, amma vəziyyət artıq xeyli yaxşılaşıb”.