Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqova yeni təyinat verilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
O, karyerasında ilk dəfə 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatının A divizionunun 1/4 final mərhələsinin oyununa təyinat alıb.
Ədalət təmsilçisi bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçını idarə edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.



