ABL-nin 1/4 finalı üzrə ilk oyunda "Neftçi" "Ordu"ya 93:84 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Neftçi" komandasının məşqçisi Daviti Çivçivadze oyunu şərh edib:

"İlk oyunlar bizə göstərdi ki, pley-offda zəif komanda, zəif oyun yoxdur. Rəqibimiz yaxşı orqanizə olunmuş komandaydı və yaxşı məşqçi heyəti var. Bizim iki fərqli yarımhissəmiz oldu. Öncə çox çətin başladıq və xal hesabında geri düşdük. Sonradan oyunumuzu bərpa etdik. Mən həmişə demişəm və bir daha təkrar edirəm, biz komanda halında yaxşı müdafiə olunanda yaxşı da nəticə əldə edirik və bu hücuma da yaxşı təsir edir. Bu gün birinci oyun idi, ancaq ikinci oyunumuz daha çətin olacaq. Bugünkü qələbə bizim üçün çox vacib idi. Mən komandamı qələbə münasibətilə təbrik edirəm və təbii ki, növbəti oyuna hazırlaşacağıq."

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 21-də olacaq.