Basketbol üzrə Azərbaycan Kubokunda qalib bu gün müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, final görüşündə NTD və "Gəncə" qarşılaşıb. Matç Bakı İdman Sarayında keçirilib.
"Gəncə"nin böyük fasiləyə üstün yollanmasına, hətta 3-cü period müəyyən vaxtda üstünlüyə malik olmasına baxmayaraq, NTD sensasiyaya imkan verməyib.
Əlavə edək ki, kubokun son qalibi "Neftçi" olmuşdu.
Azərbaycan Kuboku, final
NTD - "Gəncə" 81:72 (21:23; 19:21; 21:13; 20:15)