Azərbaycan Basketbol Liqasında fasilədən sonra 15-ci turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 görüş baş tutub. "Sumqayıt" evdə "Gəncə" ilə qarşılaşıb və məğlub olub. "Quba" isə "Ordu" səfərində uduzub.
Qeyd edək ki, dünən turun ilk oyunu baş tutub. "Neftçi" rəqibinə 80-56 hesabı ilə qalib gəlib.
26 fevral
19:00 "Neftçi" 80-56 "Abşeron"
Bakı İdman Sarayı
27 fevral
19:00 "Sumqayıt" - "Gəncə" 81:90 (23:19; 16:25; 25:24; 17:22)
Sumqayıt Olimpiya İdman Kompleksi
19:00 "Ordu" - "Quba" 103:68 (24:16; 20:15; 34:17; 26:20)
Sərhədçi İdman Mərkəzi