Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev İrlandiyaya qarşı oyundan sonra (64:79) matçla bağlı fikirlərini söyləyib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis millimizin Dünya Kubokunun seçmə mərhələsinin son qrup oyunu ilə əlaqədar bu sözləri deyib:
"Əlbəttə, istəyərdik ki, daha yaxşı çıxış edək. Oyuna hazırlaşanda bilirdik ki, çətin olacaq. Uşaqlar, əlindən gələni etdi. Orxanın, Amilin zədəsi bizə çətinliklər gətirir. Ancaq cavanlar üçün böyük təcrübə idi. Gələcəkdə daha çox işləyib, daha yaxşı nəticələr qazanacağıq.
T.Baxşıyev Bakıya qayıdan zaman yaşadıqları çətinliklərdən danışıb:
"Bir gün yolda qaldıq. Heç kimdən asılı bir şey deyildi. İstanbulda qar yağdı. Bu oyunda çox çalışdıq, yorğun olsaq belə axıra qədər vuruşduq".