Azərbaycan Basketbol Liqasında 13-cü tura dünən start verilib.
Offsideplus.az xəbər verir ki, bu gün "B" qrupunda "Şəki" - "Sumqayıt" oyunu keçirilib. Matç Şəki Olimpiya İdman Kompleksində baş tutub. Səfər komandası "Sumqayıt" liderin ardıcıl qələbələr seriyasına son qoyub. Matç 98:93 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Şəki" komandası buna qədər keçirdiyi son 8 oyunun hamısında qalib gəlmişdi.