Azərbaycan Basketbol Liqasında 13-cü tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə A qrupunda iki qarşılaşma keçiriləcək.
“Sərhədçi” – “Naxçıvan” və “Abşeron” – “Sabah” matçları saat 19:00-da start götürəcək. Oyunlar müvafiq olaraq “Sərhədçi” İdman Mərkəzində və Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək.
“Sabah” 12 turdan sonra 22 xalla A qrupunda liderdir. “Naxçıvan” 20 xalla ikinci, “Abşeron” 17 xalla üçüncü, eyni xala malik “Sərhədçi” beşincidir.
Tura fevralın 2-də yekun vurulacaq.