Qadınlardan ibarət həndbol komandamız Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb. 40:27 hesabı ilə qalib gələn Azərbaycan millisi adını finala yazdırıb.
Qeyd edək ki, təmsilçimiz finalda Türkiyə ilə üz-üzə gələcək.