Qadınlardan ibarət həndbol komandamız Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız yarımfinalda Özbəkistan seçməsi ilə qarşılaşıb.  40:27 hesabı ilə qalib gələn Azərbaycan millisi adını finala yazdırıb.

Qeyd edək ki, təmsilçimiz finalda Türkiyə ilə üz-üzə gələcək.