Azərbaycan İdman Jurnalistləri Federasiyasının "Qarabağ Azərbaycandır" adlı futbol turnirinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, turnirdə çıxış edəcək 8 komanda iki qrupa bölünüb. A qrupunda "Cəbrayıl", "Laçın" "Füzuli" və "Qubadlı", B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıb.

Turnirə iyunun 11-də "Cəbrayıl" - "Qubadlı" və "Kəlbəcər" - "Zəngilan" matçları ilə start veriləcək. Saat 11:00-da isə açılış mərasimi baş tutacaq. Görüşlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.

Qeyd edək ki, yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.

A qrupu: "Cəbrayıl", "Laçın" "Füzuli", "Qubadlı"

B qrupu: "Kəlbəcər", "Ağdam", "Şuşa", "Zəngilan"

I tur

11 iyun (cümə)

10:00. "Cəbrayıl" - "Qubadlı", "Kəlbəcər" - "Zəngilan"

12:00. "Laçın" - "Füzuli", "Ağdam" - "Şuşa"

II tur

13 iyun (bazar)

10:00. "Cəbrayıl" - "Füzuli", "Laçın" - "Qubadlı"

11:00. "Kəlbəcər" - "Şuşa", "Ağdam" - "Zəngilan"

III tur

15 iyun (çərşənbə)

10:00. "Cəbrayıl" - "Laçın", "Füzuli" - "Qubadlı"

11:00. "Kəlbəcər" - "Ağdam", "Şuşa" - "Zəngilan"

Yarımfinallar

19 iyun (şənbə)

10:00. A qrupunun 1-cisi - B qrupunun 2-cisi

11:00. B qrupunun 1-cisi - A qrupunun 2-cisi

Həlledici oyunlar

26 iyun (şənbə)

10:00. Üçüncü yer uğrunda qarşılaşma

11:00. Final

12:00. Mükafatlandırma mərasimi