23-24 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının Baş Assambleyası keçirilib.
Offsideplus.az Fanat.Az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Mini Futbol Assosiasiyası Avropa Mini Fubol Federasiyasına üzv qəbul olunub.
Eyni zamanda azərbaycanlı FİFA hakimi Əfqan Həmzəyev Avropa Mini Futbol Federasiyası Hakimlər Komitəsinin təlim və hazırlıq qrupuna rəhbər təyin edilib. Həmzəyev komitədə yer alacaq 4 nəfərdən biri olacaq.
Həmzəyevə daha bir vəzifə verilib. Həmyerlimiz martın 1-də Dünya Mini Futbol Federasiyasının Tunisin eyniadlı şəhərində reallaşan Ali toplantısında Dünya Mini Futbol Federasiyası Hakimlər Komitəsinin sədr müavini seçilib. O, bu komitədə Tunisdən olan sədr Moez Ben Salemə müavinlik edəcək.