ABŞ-nin Milli Basketbol Assosiasiyasında çıxış edən “Miluoki Baks” komandası baş məşqçisi Dok Riverslə yolları ayırıb.

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, buna kollektivin NBA-da pley-off mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub. Şərq Konfransında mübarizə aparan “Miluoki Baks” müntəzəm mövsümü 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Dok Rivers 2023-2024-cü illər mövsümünün ortasından etibarən bu postdadır. Komanda onun rəhbərliyi altında iki dəfə pley-offa çıxıb, lakin hər ikisində ilk turda məğlub olub.