Basketbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının ilkin təsnifat mərhələsi çərçivəsində İrlandiya ilə baş tutacaq matç üçün heyəti müəyyənləşib.

Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçinin sabahkı oyun üçün seçdiyi 12 nəfərlik heyətə bu basketbolçular daxildir:

Emmanuel Aqbason, Vesli Van Bek, Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov.

Dublindəki "National Basketball Arena"da təşkil olunacaq İrlandiya – Azərbaycan görüşü fevralın 27-də, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.