ABL-nin XII turu üzrə A qrupunda NTD "Sabah"a 121:76 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, NTD komandasının baş məşqçisi Tahir Baxşıyev matçdan sonra fikirlərini bölüşüb, oyunu şərh edib: 

“Sabah” kimi komandaya qarşı oynamaq çox çətindir. Amma bu cür oyunlar bizə fayda verir. Oyunçular belə matçlara necə köklənməli olduqlarını anlamalıdırlar. Rəqib çox güclüdür. 4 gün sonra bizi Kubok çərçivəsində “Sumqayıt”la oyun gözləyir. Məhz buna görə bu görüşdə 25 dəqiqədən çox iki yerli oyunçu ilə çıxış etdik. Hazırda bütün fikirlərimiz Kubok oyununa yönəlib".