“Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi yarımmüdafiəçi Morqan Şneyderlini heyətinə qatıb.

Hazırda İngiltərənin “Everton” klubunun formasını geyinən 30 yaşlı futbolçu ilə bütün məsələlərdə razılıq əldə olunduğu diqqətə çatdırılıb. Şneyderlin tezliklə “Nitsa”da tibbi baxışdan keçəcək və rəsmi müqaviləyə imza atacaq.