Dünyanın ali futbol qurumu FİFA oyunçulara bir mövsüm ərzində 3 klubda oynamağa icazə verib.

Offsideplus.az xəbər verir ki, bu, müvəqqəti icazədir. COVİD-19 epidemiyası ilə əlaqədar oyunçuların işsizlik riskini azaltmaq üçün bu qərar verilib. Müvəqqəti dəyişiklik artıq qüvvəyə minib.

Qeyd edək ki, buna qədər FİFA qaydalarına əsasən, futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi oyunlara çıxa bilərdi.