Futbol üzrə qadınlar arasında İngiltərə Super Liqasında COVİD-19 epidemiyası səbəbindən yarımçıq dayandırılan 2019/20 mövsümünə vaxtından əvvəl yekun vurulub.

Offsideplus.az xəbər verir ki, artıq nəticələr açıqlanıb.

“Çelsi” klubu çempion elan olunub. Ancaq çempionat dayandırılarkən “Mançester Siti” lider idi. Lakin ikinci sırada qərarlaşan “Çelsi”nin ehtiyatda da oyunu olduğundan, matç sayına görə hesablanan xal sistemində London təmsilçisi liderliyi ələ keçirərək çempion sayılıb.

“Liverpul”un qadın futbolçulardan ibarət komandası isə sonuncu pillədə yer aldığı üçün elitanı tərk edib.