Qəbələ'nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018/2019 mövsümündə ilk görüşünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Moldova Sheriff'ini qəbul edib. Emin İmaməliyevin komandası bərabərə qalıb - 1:1.

 Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.