İlin ən baş yaxşı məşqçisi seçilən Fransa yığmasının çalışdırıcısı Didye Deşam təəssüratlarını “BBC” ilə bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, FİFA-nın sorğusunda bu mükafata layiq görüldüyü üçün futbolçularına borclu olduğunu bildirib: “Futbolçularımız olmasa, biz heç kimik. Onlara minnətdaram ki, məni bu yerə gətirmək üçün inadla çalışdılar. Zinəddin Zidan və Zlatko Daliçə təşəkkür edirəm. Onlar hər ikisi qalibdir”.

Xatırladaq ki, Fransa millisi bu yay Rusiyada keçirilən dünya çempionatının qalibi olub.