AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında millimizin kapitanı Emin Mahmudov iştirak edib.

Offsideplus.az xəbər verir ki, millinin aparıcı üzvü görüşlə bağlı bunları deyib:

"Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Bu görüşdə nəticə qazanmaq istəyirik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".