"Səbail" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Yusif Nəbiyev alicənab addımı ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu Region Liqasında mübarizə aparan "Ağstafa Gəncləri" klubuna dəstəyini nümayiş etdirib. Bu barədə komandanın baş məşqçisi Şahin Məmmədov öz sosial şəbəkə hesabında məlumat verib.

Ağstafadan olan futbolçu doğma rayonunun komandasına qapıçı əlcəyi hədiyyə edib. Baş məşqçi Şahin Məmmədov millimizin üzvünə təşəkkürünü bildirib.