Futbol üzrə II Liqada 10-cu tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Lerik” “Göygöl”ə, “Şəmkir” “Füzuli”yə, “Şəki Siti” də “Kürmük Qax”a uduzub. Lider “Baku Sportinq” isə “Cəbrayıl”la oyunda darmadağına sevinib.

II Liqa
10-cu tur
7 noyabr

“Lerik” – “Göygöl” 0:1
Qol: Kamal Həsən-pur, 7.
Lənkəran OİK stadionu, 14:00.

“Şəmkir” – “Füzuli” 0:1
Qol: Təmraz Əmircanov, 55.
Şəmkir OİK stadionu, 14:00.

“Baku Sportinq” – “Cəbrayıl” 4:1
Qollar: Məhəmməd Xəlilov, 30; 50. Elməddin Hüseynzadə, 62. Qərib İbrahimov, 65 – Tapdıq Əhmədov, 59-pen.
Binə qəsəbə stadionu, 14:30.

“Şəki Siti” – “Kürmük Qax” 1:2
Qollar: Osman Soltanov, 80-pen – Vüqar Məmmədli, 70. Qafar Qafarov, 77.
Şəki şəhər stadionu, 14:30.

Turun digər oyunları:

“Şahdağ Qusar” – “Dinamo” 9:0
“Şəfa” – “Qusar” 0:4
“Ağdaş” – “Kür-Araz” 0:2