Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir

Offsideplus.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib. İlk olaraq "Sumqayıt" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Matçda qapılara qol vurulmayıb.

Günün son oyununda isə "Neftçi" "Sabah"ı qonaq edib. Görüş "bayquşlar"ın 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

 Qeyd edək ki, tura sabah keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər:
 Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
“Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah” 0:1

Qol: Boyan Letiç, 90+5
Hakimlər
: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
“Neftçi Arena”