"Kəpəz" klubu Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"la oyuna itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin 4 futbolçusu zədəlidir. Onanuqa Olavale, Abdullahi Şuaybu, Tural Rzayev və Kamran İbrahimov meydana çıxa bilməyəcək. Komanda yoldaşlarından fərqli olaraq, İbrahimov səfər oyununa aparılıb və durumuna görə ehtiyatda yer alacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” matçı bu gün sat 19:00-da başlayacaq.