"Neftçi"nin "Zenit"dən sonra "Spartak"ın (Moskva) komandası ilə Bakıda yoldaşlıq oyunu keçirəcəkləri barədə xəbərlər yayılıb.

Bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi Offsideplus.az-a açıqlama verib. O, sözügedən məlumatı təkzib edib:

""Spartak"la oyun gözlənilmir. Bizim yalnız Bakıda "Zenit"lə yoldaşlıq oyunumuz var", deyə söyləyib.

Qeyd edək ki, "Neftçi" - "Zenit" yoldaşlıq matçı noyabrın 18-də “Neftçi Arena”da keçirilməyi planlaşdırılır.

Nuh