Bu gün futbol üzrə Azərbaycan II Liqasında 7-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son oyun günündə daha iki qarşılaşma baş tutub.

Liqanın iddialılarından olan “Cəbrayıl” qalib gəlib, “Füzuli” isə bir xalla kifayətlənib.

"Cəbrayıl" – "Dinamo" - 6:0
"Füzuli" – "Baku Sportinq" - 1:1

Turnir cədvəlinə isə 16 xala malik “Göygöl” və “Baku Sportinq” rəhbərlik edirlər. Sonuncu pillədə isə bir xalla “Kürmük-Qax” qərarlaşıb.