Misli Premyer Liqasında IX turun oyunları davam edir. 

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub. "Qəbələ" öz meydanında "Səbail"ə uduzub - 0:1.

"Sabah" isə "Araz-Naxçıvan"la heç-heçəyə razılaşıb - 1:1.

7 oktyabr (şənbə)

16:00. “Qəbələ” – “Səbail” 0:1

Qol: Rüfət Abdullazadə, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

18:00. “Sabah” – “Araz-Naxçıvan” 1:1 

Qollar:İshak Belfodil, 76-avtoqol, Anatoli Nuriyev, 82 

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”.