UEFA AVRO-2024-ün seçmə mərhələsi üzrə V turunda Azərbaycan millisi sabah Belçika yığması ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında millinin üzvü Coşqun Diniyev sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:

"Milli komandada oynamaq hər bir futbolçu üçün şərəfdir. Legioner həyatı yaşamaq qərarım milli ilə bağlıdır. Türkiyə və Azərbaycan futbolunu müqayisə etmək istəməzdim. Ümid edirəm sabah yaxşı nəticə ilə azarkeşləri sevindirə bilərik".