"Sabah" klubunun futbolçusu Jarl Marqarita Kurasao yığmasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Kurasao millisi KONKAKAF Millətlər Liqası çərçivəsində sentyabrın 8-də Trinidad və Tobaqo, sentyabrın 11-də isə Martinika yığması ilə qarşılaşacaq.