Bu gün  Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 görüş oynanılıb.

Gəncədə keçirilən qarşılaşmada "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.. Günün digər matçında isə "Qarabağ" "Səbail"in qonağı olub. "Köhlən atlar" bu oyunda sensasiyalı şəkildə "dənizçilər"ə uduzub - 1:2.

 3 sentyabr (bazar)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan” 1:2

Qollar: Orxan Əliyev, 39-pen. 45, Mate Kvirkviya, 78-pen.
Hakimlər
: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Gəncə şəhər stadionu

19:30. “Səbail”– “Qarabağ” 2:1 

Qol: Hamidu Keyta, 3, Aleksandr Ramalinqom, 18-pen
Hakimlər:
 Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
“ASCO Arena”

2 sentyabr (şənbə)

“Sumqayıt” – “Neftçi” - 0:1 

“Qəbələ” – “Zirə” - 1:0

1 sentyabr (cümə)

"Sabah” – “Turan Tovuz” - 0:3