“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov ölkə çempionatının 4-cü turunun “Sabah”la oyunundan sonra (1:0) mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, oyunun gərgin keçdiyini deyib:

“Çox gərgin və emosional oyun oldu. Kənardan baxıb daha dəqiq fikir bildirmək olar. Çox vacib qələbə qazandıq. Önəmli 3 xaldır. Futbolçularıma təşəkkür edirəm. Paltardəyişmə otağında növbəti oyunu düşünməyə başladıq. Oyunçularım meydanda çox əziyyət çəkdilər".