Misli Premyer Liqasında 2022/23 mövsümü bitər-bitməz "Səbail"də "yarpaq tökümü" başladı.

 Legionerlərlə yanaşı "dənizçilər"in bir sıra yerli futbolçuları ilə də yollar ayrıldı. 

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, əksər futbolçuların göndərilməsində Şahin Diniyev amili böyük rol oynayıb. Belə ki, paytaxt təmsilçisinin baş məşqçisi oyunçularla yola getmədiyindən klub bu addımı atıb.

Onların arasında 33 yaşlı Rahid Əmirquliyev də vardı. Hətta Əmirquliyevin karyerasını bitirməyinin səbəbkarı da təcrübəli mütəxəssis olub. 

Bizə verilən bilgiyə görə, hazırda "Səbail"də çıxış edən bir neçə təcrübəli oyunçu da 57 yaşlı Diniyevdən narazıdır.

Offsideplus.az