"Sabah" klubu yarımmüdafiəçisi Kristian Da Silva Fil ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.

Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından "Sabah"ın üzvüdür. O, komandada 34 oyun keçirib, 2 qol vurub.