I Divizionda mübarizə aparan "İmişli" klubu yeni əməkdaşlığa başlayıb.

Offsideplus.az xəbər verir ki, klub və “RDC” MMC arasında tərəfdaşlıq haqqında müqavilə bağlanılıb.

İmzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “İmişli” futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlov və “RDC” MMC-nin direktoru Dr. Kamran Eyyubov imzalayıblar. Müqaviləyə əsasən, “RDC” MMC “İmişli” PFK-nın baş sponsoru qismində çıxış edəcək.