"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

 Offsideplus.az xəbər verir ki, sözügedən komanda 3-cü tur görüşündə öz meydanında Macarıstan ilə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0. 

Veşoviç və Yankoviç görüşə start heyətində çıxıblar. Sonuncu sonadək meydanda qaldığı matçda, birinci 72-ci dəqiqədə əvəzlənib. M.Veşoviç oyunun 14-cü dəqiqəsində sarı vərəqə almaqla yadda qalıb. 

Qeyd edək ki, bu nəticədən sonra Monteneqro yer aldığı G qrupunda ( 5 komandalı qrup) 4 xalla turnir cədvəlində 3-cü, Macarıstan isə (2 oyun) eyni xalla 2-ci pillədə yer alıb. Turnir cədvəlinə Serbiya (2 matç) 6 xalla liderlik edir. Litva (2 oyun) və Bolqarıstan isə hərəyə 1 xalla müvafiq olaraq 4 və 5-ci pillədə qərarlaşıb.