"Zirə"də növbəti ayrılıq reallaşıb.

 Offsideplus.az xəbər verir ki, qəsəbə təmsilçisinin müdafiəçisi Ruslan Abışov klubdan ayrılıb. Bu barədə təcrübəli futbolçu öz "İnstaqram" səhifəsində paylaşım edib. O, paylaşımında "qartallar"a minnətdarlığını bildirib:

"Hər şeyə görə təşəkkür edirəm!" - deyə 35 yaşlı futbolçu qeyd edib.

2021-ci ilin yayından "Zirə"də çıxış edən Ruslan Abışov bu müddətdə cəmi 4 oyunda meydana çıxıb.