"Səbail" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Rüfət Abdullazadə ilə bir illik müqavilə imzalanıb.

22 yaşlı yarımmüdafiəçi son olaraq "Sumqayıt"da çıxış edib.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Yusif Nəbiyev və Süleyman Əhmədovu da transfer edib.