"Neftçi" klubunun kapitanı Emin Mahmudov şəxsi "İnstagram" hesabından paylaşım edib.

Offsideplus.az xəbər verir ki, futbolçu ümidləri doğrultmadıqlarını bildirib:

"Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq. Azarkeşlərimiz hər zaman daha yaxşı nəticələrə layiqdir. Mövsümboyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər!"